Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Cəlilabad rayon sakini Firdovsi Tağıyev ölmüşdür
08.05.2010Mayın 7-də saat 13.20 radələrində Bakının Nizami rayonu ərazisində, şəhər sakini Taleh Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən Cəlilabad rayon sakini Firdovsi Tağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F.Tağıyev mayın 9-da orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırmalar aparılır.