Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğuz rayonunun Bucaq kəndinin ərazisində yol-nəqliyyat hadisəsi

07.05.2010

Saat 17.25 radələrində Oğuz rayonunun Bucaq kəndinin ərazisində Bakı şəhər sakinləri Allahverdi Rüstəmovun idarə etdiyi "Mitsubishi" markalı və Hikmət Abbasovun idarə etdiyi "VAZ-21013" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə H.Abbasov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri Şəki rayon sakinləri Rəhman Rəsulov və Mübariz Əbdülrəhimov xəstəxanaya yerləşdirilmişlər. Oğuz RPŞ tərəfindən araşdırmalar aparılır.