Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Muğan kəndi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş vermişdir

05.05.2010

Mayın 6-da saat 05.45 radələrində Hacıqabul rayonunun Muğan kəndi yaxınlığında Gəncə şəhər sakini Fazil Qafarov "Mercedes" markalı avtobusu idarə edərkən onu yolun kənarında təmirə dayanmış "KamAZ" markalı avtomaşına vurmuşdur.
Nəticədə «KamAZ» markalı avtomaşının sürücüsü, Samux rayon sakini Altay Mehdiyev və ona köməklik göstərən Gəncə şəhər sakini Səfixan Musayev, habelə F.Qafarovun sərnişinlərindən Xanım Həsənova, Emilya Həsənova, Fazil İsmayılov hadisə yerində  ölmüş, xəsarət almış F.Qafarov və Şamaxı şəhər sakini Səməngül Qurbanova, Göygöl rayon sakini Əlibala Vəliyev, Yevlax şəhər sakini Yazgül Rəhimova, Daşkəsən rayon sakinləri Mahir Xəlilov, Yasin Xəlilov, Gəncə şəhər sakinləri Şahnigar Vəliyeva, Yurik Abdullayev, Nizami Seyfullayev, Təranə Abdullayeva, Aydın Xudayev, Ələsgər Verdiyev, Əmrah Haqverdiyev, Sumqayıt şəhər sakini Cabbar Həbibov xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.