Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 36 cinayət faktı qeydə alınmışdır

04.05.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır. 
  • 5 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.