Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayon sakini Vüqar Əliyevi qətlə yetirmiş Taleh Vəliyev könüllü olaraq polisə təslim olmuşdur

02.05.2010

Mayın 3-də saat 18.20 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Vəliyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Vüqar Əliyevi qətlə yetirmişdir.
Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Vəliyev könüllü olaraq RPŞ-yə gələrək istintaqa təslim olmuş, 1 ədəd ov tüfəngini, 2 ədəd gülləni və 1 ədəd gilizi təhvil vermişdir.