Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Böyükşor qəsəbə sakini Vüqar Hüseynovdan qaz tapançası və digər vasitələr götürülmüşdür

30.04.2010

Mayın 1-də saat 22.25 radələrində Nərimanov rayonu Böyükşor qəsəbəsi ərazisində tikilmiş evlərdən birində yaşayan Tural İsmayılov polisə zəng edərək, həyətinə girmiş naməlum şəxsi tutduğunu bildirmiş və hadisə yerinə təcili polis göndərilməsini tələb etmişdir.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Böyükşor qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Hüseynov olması və onun T.İsmayılovun evindən açar seçmək yolu ilə 210 manat pul oğurlaması müəyyən edilmişdir.
V.Hüseynovun üstünə baxış zamanı 1 ədəd "Baykal" markalı qaz tapançası, 11 ədəd ona aid patron, 1 ədəd mismar çıxaran alət, 1 cüt rezin əlcək, 5 ədəd müxtəlif açarlar, 1 ədəd qara kepka və 1 ədəd maska götürülmüşdür.

30.04.2010 tarixinə olan kriminal məlumatlar