Daşkəsən rayonu Bayan kəndi ərazisində yol-qəza hadisəsi
25.03.2006Saat 21:20 radələrində, Daşkəsən rayonu Bayan kəndi ərazisində, Gəncə şəhər sakini Rafiq Səfərov "QAZ-53" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə R.Səfərovun sərnişini, Samux rayon sakini Afiq Salahov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.