Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhəri ərazisindəki 20 Yanvar küçəsində yol-nəqliyyat hadisəsi

26.04.2010

Aprelin 27-də saat 14.00 radələrində Mingəçevir şəhəri ərazisindəki 20 Yanvar küçəsində, şəhər sakinləri Xaspolad Tağıyevin idarə etdiyi "Nissan X Trail" markalı avtomaşınla Şəmsəddin Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşmuşlar. Nəticədə xəsarət almış Ş.Məmmədov, sərnişinləri, həmyerliləri Bəsti Allahverdiyeva, onun qızı Mehriban, Məleykə Əhmədova, Könül Əliyeva, Susanna Qasımova, Tural Məmmədov, Emil Şükürov, Yevlax rayon sakinləri Eyvaz Bəkirov və Bəylər İsmayılov xəstəxanaya yerləşdirilmişlər.
Ş.Məmmədovun, B.Allahverdiyevanın, Mehribanın və M.Əhmədovanın vəziyyətləri orta-ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. 
ŞPŞ tərəfindən araşdırmalar aparılır.

26.04.2010 tarixinə olan kriminal məlumatlar