Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi

26.04.2010

Aprelin 27-də saat 20.30 radələrində Siyəzən rayonu ərazisində Şabran şəhər sakini Rövşən Əlməmmədovun idarə etdiyi "VAZ-21154" markalı və Nabran qəsəbəsi ərazisindəki "Dostluq" İstirahət Mərkəzində yaşayan Füzuli rayon sakini Nəbi Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar.
Nəticədə R.Əlməmmədov və sərnişinləri, arvadı Aytən, qızı Nuray, oğlu Nuru, Vüsal Hüseynov, onun arvadı Afaq, qızı Sürəyya, habelə N.Məmmədov və sərnişini, Siyəzən şəhər sakini Könül Qoçəliyeva hadisə yerində ölmüş, digər sərnişini, həmyerlisi Bayram Soltanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır. 
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır. 

26.04.2010 tarixinə olan kriminal məlumatlar