Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Andrey Saudatkin, Ruslan Cəfərov və Arif Kərimov tutulmuşlar

25.04.2010

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də F.Ələsgərova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Andrey Saudatkin, Ruslan Cəfərov və Arif Kərimov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların, cari ilin mart ayının 20-də Bakıxanov qəsəbəsi ərazisində, qəsəbə sakinləri Naib Mirzəyevə məxsus "VAZ-21011" markalı və Fərid Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomaşınlardan 2 ədəd maqnitofon və 1 ədəd səsgücləndirici oğurlamaları da müəyyən edilmişdir.

25.04.2010 tarixinə olan kriminal məlumatlar