Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Gülnarə Vəliyeva Birləşmiş Ərəb Əmirliklərində tutulmuş, Təranə İbrahimovanın isə Türkiyədə olması müəyyən edilmişdir

21.04.2010

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olanlar - Gülnarə Vəliyeva Birləşmiş Ərəb Əmirliklərində tutulmuş, Təranə İbrahimovanın isə Türkiyədə olması müəyyən edilmişdir.
G.Vəliyevanın və T.İbrahimovanın ölkəmizə ekstradisiya olunması üçün müvafiq tədbirlər həyata keçirilir.