Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 8 sərnişin ölmüş, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər

20.04.2010

Aprelin 21-də saat 07.20 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində, Bakıdan Qazax istiqamətində hərəkət edən, Goranboy rayon sakini Mahir Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobusla, Tovuz rayon sakini Zirəddin Yusifovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşmuşlar. Nəticədə, avtobus aşmış, 8 sərnşin - Nizami Hüseynov, Qazax rayon sakinləri Sevinc Omarova, Nuradə Abdullayeva, Elvin Abdullayev, Gürcüstan vətəndaşı Təhminə Qəmbarova, Türkiyə vətəndaşları Özan Bülent Kazım, Yardımçı Yaşar və Yardımçı Bora Yaşar oğlu ölmüş, 12 sərnişin - Gürcüstan vətəndaşları Nadir Osmanov, Esmira Qurbanova, Məhəmməd Osmanov, Qazax rayon sakinləri Aksana Əliyeva, Məsmə Əliyeva, Fariz Qocayev, onun oğlu Fərid, Tovuz rayon sakinləri Qoşqar Mehmanov, Qafar Məsimov, Gəncə şəhər sakini Rzaqulu Məmmədov, Türkiyə vətəndaşları Zöhrə Yardımçı və onun oğlu Burat Yardımçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Onlardan 10-nun vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə orta-ağırdır.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.

20.04.2010 tarixinə olan kriminal məlumatlar