Bakı şəhər sakinləri Xəlil Cəlilov və Zemfira Qasımova saxta diplomu 5.000 manata satdıqlarına görə tutulmuşlar
18.04.2010DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Xəlil Cəlilov və Zemfira Qasımova əlbir olaraq Biləsuvar rayonunun Ağayarı kənd sakini Rövşən Haqverdiyevə, Mehparə Nəcəfovanın adına Azərbaycan Beynəlxalq Universitetinin "İbtidai-Metodika" fakültəsini bitirməsi barədə saxta diplomu 5.000 manata satdıqlarına görə tutulmuşlar.
Araşdırmalar aparılır.
Araşdırmalar aparılır.