Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Arazbari kəndinin yaxınlığında yol-nəqliyyat hadisəsi

14.04.2010

Aprelin 15-də saat 21.30 radələrində, Biləsuvar rayonunun Arazbari kəndinin yaxınlığında, 5 saylı qəsəbədə məskunlaşmış Cəbrayıl rayon sakini Aftandil Quliyevin idarə etdiyi "Mercedes" markalı və Xırdalan şəhər sakini Artur Xeyrulovun idarə etdiyi "Azərfon" MMC-nə məxsus "Mitsubishi" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, A.Quliyev hadisə yerində ölmüş, xəsarət almış A.Xeyrulov və sərnişini, Bakı şəhər sakini Natiq Əfəndiyev isə xəstəxanaya yerləşdirilmişlər.
Biləsuvar RPŞ tərəfindən araşdırmalar aparılır.