Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunun Biləcəri qəsəbəsində R.Hüseynov qəsəbə sakini V.Rüstəmovu bıçaqla hədələyərək pul verməsini tələb edərkən tutulmuşdur

13.04.2010

Aprelin 15-də saat 01.10 radələrində, Binəqədi rayonunun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini Vüqar Rüstəmovu bıçaqla hədələyərək pul verməsini tələb edərkən Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən tutulmuşdur. Onun, Biləcəri qəsəbə sakini Rəşid Hüseynov olması müəyyən edilmişdir. R.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, aprel ayının 14-də Biləcəri qəsəbə sakini  Nüşabə Aslanovanı da bıçaqla hədələyərək, ondan 50 manat pul alması müəyyən edilmişdir.