Bərdə rayonu Dəymədağlı kəndində 2 azyaşlı qızın ölümü ilə nəticələnmiş yanğın hadisəsi baş vermişdir
20.03.2006Saat 07:30 radələrində, Bərdə rayonu Dəymədağlı kəndində, kənd sakini Anar Salahova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, A.Salahov isə xəsarət almışdır. Yanğın söndürüldükdən sonra A.Salahovun 2 azyaşlı qızı Rəqsanənin və Aytacın yanmış meyitləri tapılmışdır.