Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şamaxı rayonu ərazisindəki "Dostluq" restoranında qətl hadisəsi baş vermişdir

11.04.2010

Aprelin 12-də saat 01.00 radələrində, Şamaxı rayonu ərazisindəki "Dostluq" restoranında, yemək yemiş 3 naməlum şəxslə oranın işçiləri arasında hesabın ödənilməsi ilə əlaqədar münaqişə baş vermişdir. Bu zaman naməlum şəxslərdən biri, restoranın işçiləri, Şamaxı şəhər sakinləri Hacıalı İmaməliyevə,  Elçin Babayevə və Saleh Hüseynova bıçaqla xəsarət yetirmişdir. H.İmaməliyev xəstəxanaya aparılarkən yolda ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, hadisəni törətmiş Şamaxı şəhər sakini Namiq Abbasov və onunla birgə olan həmyerliləri Rövşən Əmirov və əvvəllər məhkum olunmuş  Səyyab İslamov müəyyən edilmişlər.
Şamaxı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əmirov və S.İslamov tutulmuşlar.
RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

11.04.2010 tarixinə olan kriminal məlumatlar