Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəranın Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

10.04.2010

Aprelin 11-də saat 20.30 radələrində, Lənkəranın Liman şəhəri ərazisində, Lənkəran şəhər sakinləri Müstəqim Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı, Namiq Əliyevin idarə etdiyi "VAZ-21011" markalı və Cəlilabad rayon sakini Tural Şəkərovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, M.Məmmədovun sərnişinləri, həmyerlisi Adil Bağırov, Veravul kənd sakini Cəmil İsaqov  və N.Əliyevin sərnişini, Lənkəran şəhər sakini  Ruhiyyə Əliyeva hadisə yerində ölmüş, xəsarət almış M.Məmmədov və N.Əliyev isə xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.

10.04.2010 tarixinə olan kriminal məlumatlar