Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini Elmdar Nəsirovdan odlu silah və 3 ədəd güllə darağı götürülmüşdür

08.04.2010

Aprelin 9-da saat 22.00 radələrində, Şəmkir rayonunun Çinarlı qəsəbəsində, qəsəbə  sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elmdar Nəsirov sərxoş halda vətəndaş Hafiz Məmmədovun iş otağına gələrək 100 manat pul verməsini tələb etmişdir. İstədiyinə nail olmadıqda,  gedərək avtomat silahla qayıdıb, ondan 10 manat pul almışdır.
Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nəsirov evində tutulmuş, hadisə zamanı istifadə etdiyi 1 ədəd "AK-74" markalı avtomat silahı, 98 ədəd güllə və 3 ədəd güllə darağı  götürülmüşdür.