Qaradağ-Puta mənzilinin 506-cı kilometrliyində qəza hadisəsi
18.03.2006Saat 13:25 radələrində, Qaradağ-Puta mənzilinin 506-cı kilometrliyində, qorunmayan keçiddə, Mingəçevir-Bakı elektrik qatarı ilə, Bakı şəhər sakini Ceyhun Balaoğlanovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşın vurulmuşdur. Nəticədə C.Balaoğlanov və sərnişini, qardaşı Rüstəm hadisə yerində ölmüşlər.