Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Kövüzbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.04.2010

Aprelin 6-da saat 15.30 radələrində, Cəlilabad rayonunun Kövüzbulaq kəndi ərazisində, Masallı rayon sakini Anar İsmayılovun idarə etdiyi "Mercedes" markalı və Cəlilabad rayon sakini Asif İsmayılovun idarə etdiyi "OKA" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, A.İsmayılovun sərnişini, həmyerlisi  Elxan Kərimov hadisə yerində ölmüş, xəsarət almış A.İsmayılov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.