Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

01.04.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır ki, onların da 28-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 6 nəfər yaralanmışdır.
  • 8 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 2 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.