Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

25.03.2010

Saat 17.40 radələrində Qaradağ rayonu ərazisindəki Sədərək Ticarət Mərkəzinin yaxınlığında Lökbatan qəsəbə sakini Zamin Səfərovun idarə etdiyi "VAZ-2107" markalı və Xocəsən qəsəbə sakini Elçin Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar.
Nəticədə Z.Səfərov və sərnişinləri - atası Şirzad Səfərov, anası Raya Xəlilova ölmuş, xəsarət almış E.Məmmədov və sərnişinləri Xocəsən qəsəbə sakini Müşgünaz Tağıyeva, Xırdalan şəhər sakini Baxış Məmmədov xəstəxənada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.