Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləcəri qəsəbə sakini Elşən Musayevin bıçaqla qətlə yetirilmiş meyiti xəstəxanaya gətirilmişdir

24.03.2010

Martın 24-də saat 21.20 radələrində, "VAZ-2107" markalı avtomaşında olan 2 naməlum şəxs, Biləcəri qəsəbə sakini Elşən Musayevin bıçaqla qətlə yetirilmiş meyitini Dəmiryolu Xəstaxanasına gətirmişlər.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Musayevlə həmyerlisi Cavid Ramazanov arasında baş vermiş münaqişə zəminində, onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilmişdir.
C.Ramazanov Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, habelə, hadisənin törədilməsində şübhəli bilinən digər şəxs, Ağdam rayon sakini Mahur Rustəmov saxlanılmışdır.

24.03.2010 tarixinə olan kriminal məlumatlar