Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır

23.03.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.