Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini N.Babayevaya qarşı zor tətbiq edərək çantasını ondan almış R.Rəhimov tutulmuşdur

23.03.2010

Martın 23-də saat 15.00 radələrində, naməlum şəxs, "Evro Kapital" bankın ofisində, oranın işçisi, Bakı şəhər sakini Nailə Babayevaya qarşı zor tətbiq edərək, içərisində 140 manat pul olan çantasını ondan almışdır. Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov tutulmuş, ondan 0,223 qram narkotik vasitə olan heroin götürülmüşdür. R.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, martın 22-də Lamiyə Hüseynovaya məxsus mobil telefonu oğurlaması da müəyyən edilmişdir.