Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ramana qəsəbə sakini A.Qurbanov 2 vətəndaşa məxsus velosipedləri oğurladığına görə tutulmuşdur

23.03.2010

Martın 23-də saat 17.30 radələrində, Yasamal rayonu C.Cabbarlı küçəsində, orada yaşayan Cəmilə Hüseynovanın həyətindən 1 ədəd velosiped oğurlanmışdır.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qurbanov tutulmuşdur.
A.Qurbanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, martın 23-də Bakı şəhər sakini Lətifə Ağayevaya məxsus velosipedi də oğurlaması müəyyən edilmişdir.