Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.03.2010

Saat 22.30 radələrində Səbail rayonu ərazisində Masallı rayon sakini Şəhriyar İbrahimov "Mercedes" markalı avtomaşını idarə edərkən yolun kənarında dayanmış Yardımlı rayon sakini Əliyar Orucovu və "SST Mühəndislik və Maşınqayırma" MMC-yə məxsus "Mercedes" markalı avtomaşını vurmuşdur.

Nəticədə Ş.İbrahimov hadisə yerində ölmüş, xəsarət almış Ə.Orucov, habelə Ş.İbrahimovun sərnişinləri Tərtər rayon sakini Şərif Şərifov, Masallı rayon sakini Fərhad Səfərov, Şəki şəhər sakini Racu Abdullayev və Bakı şəhər sakini Afyəddin Mehdiyev xəstəxanaya yerləşdirilmişlər. Səbail rayonu RPİ tərəfindən araşdırmalar aparılır.

22.03.2010 tarixinə olan kriminal məlumatlar