Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır
21.03.2010
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 15-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.
- 5 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.