Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu qəsəbəsində Cəbrayıl rayon sakini M.Bayramovun evində yanğın vaş vermişdir

20.03.2010

Martın 20-də saat 06.35 radələrində, Sabunçu qəsəbəsi, Şəhər şosesi dalan 1-də yaşayan Cəbrayıl rayon sakini Mikayıl Bayramovun evində yanğın vaş vermişdir. Nəticədə, 4 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış,  M.Bayramovun isə  tüstüdən boğulmuş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.