Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

M.Abdulovanın cibindən 53 manat pul oğurlamaqda şubhəli bilinən A.Məhərrəmov tutulmuşdur

20.03.2010

Martın 20-də, Sumqayıt şəhərindəki 41-ci məhəllənin ərazisindəki ticarət mərkəzində, Köhnə Corat qəsəbə sakini Məlahət Abdulovanın cibindən 53 manat pul oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şubhəli bilinən Təzə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Məhərrəmov tutulmuş və ondan 9,33 qram narkotik vasitə olan marixuana götürülmüşdür.