Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 38 cinayət faktı qeydə alınmışdır

18.03.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmışdır ki, onların da 27-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır. 
  • 6 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.

18.03.2010 tarixinə olan kriminal məlumatlar