Şəmkir rayonunun Seyfəli kənd sakini Etibar Bayramov arvadı Rəfiqəyə balta ilə baş nahiyəsindən xəsarət yetirmişdir
18.03.2010 Martın 18-də saat 23.00 radələrində, Şəmkir rayonunun Seyfəli kənd sakini, ruhi xəstə Etibar Bayramov evində, ailə münaqişəsi zəminində arvadı Rəfiqəyə balta ilə baş nahiyəsindən xəsarət yetirmiş, sonra isə özü "Metofos" dərmanı içmişdir.
Rəfiqə və Etibar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.
Rəfiqə və Etibar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanmışdır.