Oğurluq etməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini Söhbət Bəyməmmədov və Bayıl qəsəbə sakini Elşən Əsədullayev tutulmuşlar
17.03.2010 Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 16-da Qızıldaş qəsəbəsində daş karxanasındakı yardımçı otaqdan Bakı şəhər sakinləri Rasim Əliyevə və Əjdər Əsgərova məxsus şəxsi əşyaları oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakini Söhbət Bəyməmmədov və Bayıl qəsəbə sakini Elşən Əsədullayev tutulmuşlar.