Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda yaşayan Nuranə Əfəndiyevanı qətlə yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Asif Ağayevin qəza nəticəsində ölməsi müəyyən edilmişdir

14.03.2010

Martın 14-də saat 19.10 radələrində, Nəsimi rayonu 4-cü mikrorayon ərazisində  yaşayan  Nuranə Əfəndiyevanın balta ilə qətlə yetirilmiş meyiti mənzilində tapılmışdır.
Nəsimi RPİ 19-cu PB və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli bilinən Sumqayıt şəhər sakini Asif Ağayevin Bakı şəhər sakini Esmiraldo Hüseynovaya  məxsus "Kia" markalı avtomaşında hadisə yerindən getməsi və Zığ yolu küçəsində avtomobili  divara vurması, nəticədə isə özünün hadisə yerində ölməsi müəyyən edilmişdir.

14.03.2010 tarixinə olan kriminal məlumatlar