Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.03.2010

Martın 14-də saat 21.00 radələrində, Hacıqabul rayonu ərazisində, Gürcüstan vətəndaşı  Nadir Nuriyevin idarə etdiyi "BMW" markalı və Beyləqan rayon sakini Firdovsi Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, F.Əliyev hadisə yerində ölmüş, xəsarət almış sərnişini, həmyerlisi Habil Cəfərov, habelə N.Nuriyev xəstəxanaya yerləşdirilmişlər. H.Cəfərov orada ölmüşdür.

Hacıqabul RPŞ tərəfindən araşdırmalar aparılır.

14.03.2010 tarixinə olan kriminal məlumatlar