Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

E.Məmmədova məxsus avtomaşının Quba rayon sakini əvvəllər məhkum olunmuş Laçın Məlikov tərəfindən satılması müəyyən edilmişdir

12.03.2010

Martın 11-də Quba rayonunun Girdah kənd sakini Eldar Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək martın 6-da yeni tanış olduğu «Malış» ləqəbli  şəxsə evə getmək məqsədi ilə «VAZ-2107» markalı avtomaşınını verməsi və bu günədək avtomaşınının geri qaytarılmamasını bildirmişdir.
Quba RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində E.Məmmədova məxsus avtomaşının Quba rayon sakini, əvvəllər məhkum olunmuş Laçın Məlikov tərəfindən sürülərək Bakı şəhərinə aparılması və Abşeron rayon sakini Tofiq Əhmədova satılması müəyyən edilmişdir.
Avtomaşın maqnitafonu sökülmüş və təkərləri dəyişdirilmiş vəziyyətdə E.Məmmədova qaytarılmışdır.
Araşdırmalar davam etdirilir.

12.03.2010 tarixinə olan kriminal məlumatlar