Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Maştağa qəsəbəsi ərazisində, Samir Cəlilovun idarə etdiyi «BMV» markalı və Bilgəh qəsəbə sakini Səxavət Camalovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşınlar toqquşmuşlar

12.03.2010

Martın 12-də saat 22.00 radələrində, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində, Bakı şəhər sakini Samir Cəlilovun idarə etdiyi «BMV» markalı və Bilgəh qəsəbə sakini Səxavət Camalovun idarə etdiyi «VAZ-2107» markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, S.Camalovun sərnişinləri, Bilgəh qəsəbə sakinləri Rəhman Əliyev, Sahib Tağıyev və onun qardaşı Rahib hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər sərnişinlər, Bilgəh qəsəbə sakini Ələkbər Əliyev və Biləsuvar rayon sakini Sənubər İsgəndərova isə xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

12.03.2010 tarixinə olan kriminal məlumatlar