Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır
10.03.2010Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
- 12 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 2 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.