Cinayətkar aləmdə "Malış" ləqəbli ilə tanınan Vaqif Rüstəmli yaxalanmışdır
08.03.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Tərtər rayonunda anadan olmuş və orada yaşayan, əvvəllər məhkum olunmuş, cinayətkar aləmdə nüfuza malik, "Malış" ləqəbli Vaqif Rüstəmli yaxalanmışdır. V.Rüstəmlinin üstünə baxış zamanı 3,05 qram heroin aşkar edilərək götürülmüşdür.