Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini S.Behbudov ov tüfəngindən ehtiyatsız açdığı atəşdən xəsarət almışdır

09.03.2010

Martın 9-da saat 08.30 radələrində, Sumqayıt şəhərindəki 26-cı məhəllənin ərazisində, dəniz kənarında, şəhər sakini Seyfəddin Behbudov ov edərkən ehtiyatsızlıqdan açdığı atəşdən qol və ayaq nahiyələrindən xəsarət almışdır. S.Behbudov xəstəxanaya yerləşdirilmişdir.

Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-8" tüfəngi götürülmüşdür.

09.03.2010 tarixinə olan kriminal məlumatlar