Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır
08.03.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 24-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər yaralanmışdır. Gün ərzində 9 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 3 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.