Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

07.03.2010

Martın 7-də saat 19.30 radələrində, Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, 1-ci Şıxlı kənd sakini Saməddin Mehdiyevin idarə etdiyi "KamAZ" markalı  və Bakı şəhər sakini Tariyel Hüseynovun idarə etdiyi "Mercedes-320" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, S.Mehdiyevin sərnişini, Yuxarı Salahlı kənd sakini Şakir Şəmsiyev aldığı xəsarətdən hadisə yerində  ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.