Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini İlqar Cəfərovun avtomaşınını qaçırmış Bakı şəhər sakini Ayaz Kərimov tutulmuşdur

07.03.2010

Martın 7-də saat 12.20 radələrində,  Dəvəçi rayonu ərazisində, Sumqayıt şəhər sakini İlqar Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomaşında sərnişin qismində gedən naməlum şəxs, sürücünün mağazaya getməsindən istifadə edərək avtomaşını qaçırmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın Bakı-Quba yolunda DİN Baş Dövlət Yol Polisi İdarəsi, Sumqayıt ŞPİ və Xızı RPŞ-nin əməkdaşları tərəfindən  saxlanılmış, bu zaman DİN Baş Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW" markalı avtomaşına qismən ziyan dəymişdir.
Hadisəni törətmiş  Bakı şəhər sakini  Ayaz Kərimov tutulmuşdur. Araşdırmalar aparılır.