Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Sənəm Yəhyayevanın adına verilmiş pensiya kartından istifadə etmiş şəxslər saxlanılmışlar

07.03.2010

Martın 6-da, Hacıqabul rayon sakini  Zəminə Yolçuyeva və Şirvan şəhər sakini Nail Gülmalıyev şübhəli şəxs qismində Qaradağ rayonu 38-ci PB-nə gətirilmişlər. Onların, 2007-ci ilin noyabr ayından 2010-cu ilin yanvar ayınadək olan müddət ərzində, itkin düşmüş Sənəm Yəhyayevanın adına verilmiş pensiya kartından istifadə etməklə Şirvan şəhərində yerləşən "Beynəlxalq Bank"a məxsus bankomatdan 2025 manat pul çıxarmaları müəyyən edilmişdir.

Toplanmış materiallar saxlanılmış şəxslərlə birlikdə rayon prokurorluğuna təhvil verilmişlər.