Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

06.03.2010

Martın 6-da saat 22.00 radələrində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində, naməlum sürücünün idarə etdiyi "VAZ-2107" markalı və Sumqayıt şəhər sakini  Elşad Hüseynovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-2107" markalı avtomaşında olanlardan, qəsəbə sakini Araz Aslanov hadisə yerində ölmüş, xəsarət almış Zamiq İsmayılzadə və Bakı şəhər sakini Mirsadıq Məmmədov, habelə E.Hüseynov və onun sərnişinləri, Sumqayıt şəhər sakinləri Adil Əhmədov və Emil Əliyev xəstəxanaya yerləşdirilmişlər.

Abşeron RPŞ tərəfindən araşdırmalar aparılır.