Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayon sakini Ədalət Eyvazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

06.03.2010

Martın 6-da saat 17.15 radələrində, Goranboy rayon sakini  Ədalət Eyvazova  məxsus 3 otaqlı mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə, 1 otağın qapı və pəncərə çərçivəsi sınmış, 6 kvm. sahədə digər otağın yanar konstruksiyaları yanmış, Ə.Eyvazov, arvadı, Tahirə və oğlu Emil isə xəsarət almışlar.
Ə.Eyvazov, Tahirə və Emil xəstəxanaya yerləşdirilmişlər.
Araşdırmalar aparılır.