DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
08.03.2006Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Şərbətzadədən 0,198 qram heroin, 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakə şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəsulovdan 0,227 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Pərviz İsmayılovdan 0,156 qram heroin, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Zaur Hüseynovdan 1,065 qram heroin götürülmüşdür. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Füzuli Dadaşovdan 4,95 qram tiryək götürülmüşdür. F.Dadaşovun evinə baxış zamanı əlavə 59,08 qram tiryək aşkar edilərək götürülmüşdür.