Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Eldar Səfərov Çexiya Respublikasında tutulmuşdur
04.03.2010 Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israfetmə), 313 (Vəzifə saxtakarlığı) və 320-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə axtarışda olan Eldar Səfərov Çexiya Respublikasında tutulmuşdur. E.Səfərovun ekstradisiya olunması üçün tədbirlər görülür.