Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində bıçaqla həmkəndlisi Təmayül Əliyevanı qətlə yetirmiş, onun əri Telman Əliyevə isə xəsarət yetirmiş Neftçala rayonunun Yuxarı Qaramanlı kənd sakini Əmrah Əhmədov könüllü olaraq istintaqa təslim olmuşdur

04.03.2010

Martın 4-də saat 05.00 radələrində, Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində, kənd sakini Əmrah Əhmədov pul borcu ilə əlaqədar  aralarında yaranmış münaqişə zəminində bıçaqla həmkəndlisi  Təmayül Əliyevanı qətlə yetirmiş, onun əri Telman Əliyevə isə  xəsarət yetirmişdir.
Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Ə.Əhmədov könüllü olaraq RPŞ-nə gələrək istintaqa təslim olmuşdur.

04.03.2010 tarixinə olan kriminal məlumatlar